Ev Bədii Sayəndə bu torpağa sevdalandım – Şeirlər

Sayəndə bu torpağa sevdalandım – Şeirlər

899

Aygün Eroğlunun şeirləri Oqtay Hacımusalının çevirməsində

Aygün Eroğlu 1966 yılında İqdırda anadan olub. Orta təhsilini Kabataş Oğlan Litseyində ve İqdır litseyində alıb. Atatürk Universiteti İnşaat və kənd təsərrüfatı fakultələrindən məzun olub. Əsərləri qardaş ölkənin bir sıra önəmli ədəbi dərgilərində dərc olunub. 2020 – ci ildə Antalyada keçirilən Kaygusız Abdal şeir müsabiqəsində “Ölü Bayramı” şeiri ilə Gözel Alanya mükafatına layiq görülüb. Hal – hazırda İzmirdə yaşayır.

Şəhidlərə ithaf

Sən bu vətənin
Şəkillərdəki oğlusan,
Oğul…
Sən qapılara gözümü dikdiyim,
Sən hər taqqıltıya qulaq asdığım.
Sən hər səssizlikdə,
Sənsizlik xəbərinə qorxular basdığım,
Pusqumlarımdakı kin quyususan
Oğul…
Vətən!
Vətən sənə canım fəda!
Nidaların…
Quş kimi çırpınan ürəyində pələng ədası,
Barmaqları tətikdə,
qurd balası!
Vətən keşiyində
Sülh üçün ağappaq göyərçinlər uçurmaq üçün,
Səngərlərdə çirkli, boz,qara göyərçinlər.
göylərin ənginliklərində pəncəli qartal oldun,
Oğul…
Şəkillərində bu ölkənin,
Ürək divarlarından asıldın,
Sayəndə bu torpağa sevdalandım,
İçində sən yatırsan,
Şəhidsən sən,
Oğul…
2020

EHTİMALLARDAN BİRİ

Sən heç ölü yumuşdun?
Sərxoş ikən yudum bu gecə özümü,
Soyuq suya bədənimi tutdum.
Və sonra
Ay işığında qurutdum
İsinmək kimi yoxsul bir umuddu,
Vay, vay, vay
Bütün viranə yetimxanaların
Qapısında kədərlə gözləyən
Bir cüt gözə tutdum, gördün?
Səhərlər
Maskalar dolu karvanın,
Yalançı yollar məbədi idi,
Görməyənin əsasının ucunda,
Eşitməyənin danışan əllərində,
qumarbazın qumar masasında,
Hiylə dolu zər var idi,
Labirintli dalanlar kimi,
qaranlıq və dar idi.
Qurtuluş,
Ehtimalı olmayan bir umuddu,
Bəlkə də ehtimal idi,
Dedim axı,
tək, həmçinin ən çətin ehtimal idi,
Və o da daxil olmaqla bütünm ehtimallardan yoruldu…
Tutduğum hər yol Sao Vicentə çıxdı,
Drəin uçurumlarda bitən …
Və özümü öldürdüm,
Birdən qovuşsam necə olacaq xoşbəxtliyə?
Sən heç ölü umudlar görmüsən?
Ah çəksəm nə işə yarayar?!…

Sao Vicente : İllərlə Portuqaliyada dünyanın sonu kimi tanınan yer

Uşaqlar gülsün

Sən ürəyinə toxtaqlıq ver
Mən çayları süpürəcəyəm.

Qanad çırpıb qovuş azadlığına,
Göy üzündə qara buludları keçəcəyəm.

Xarıbülbülüm boynunu əymə,
Ölsəm də Şuşaya gələcəyəm.

Aş dağları çat nəfəsi kəsən xoşbəxtliyə,
Yer üzündə qalan ağrıları içəcəyəm.

Qoy uşaqlar bir dəfə gülsün,
Qətənfil bağçasında, özümü öldürəcəyəm.
21 haziran 2019

İZMİRƏ KÜSMƏK

Fırtına qopurdu
Günün günorta çağında
Yağış yağırdı
Hava qaralmışdı
Elə bil axşam idi
Şəhərə…
Yəni İzmirə
Yağış yağırdı
Mənim də gözlərim yağırdı,
Şəhər islanırdı,
Mən islanırdım…
Sular axırdı küçələrdən,
Xəyallarımdan sən,
Ürəyimdən xəyalın,
bu şəhəri doldururdu…
İçimdəki qəzəb,
Gözlərimdəki nifrət axırdı…
İslanmışdı şəhər
Yəni İzmir
Mən də üstüm başım su içində,
Bilmirdim hara sığınım,
Fırtına qopurdu,
Ürəyimdən sən,
Gözlərimdən ümidlər,
Bir çinarın çürük budağı kimi sağa sola vururdu özünü…
Gələcək, sabahlarım bir bataqlıqda itib gedirdi…
Artıq yaşamaq çox çətindi,
Sevmək…
Yenidən…
alınmazdı.
Vaxt get – gedə daralır,
İllərin yükü boynumdan asılırdı…
İslandı bu şəhər
Yəni İzmir
Yəni qapqara ümidlər islandı
Mən islandım…
Mən…

ÜSYAN

Hər qara gecədə,
Sükut dolu harayların divarına adımız yazılsın,
Bir üsyan zəncirinə, qardaş,
İndi bir neçə sətir asılsın..

Mülki insanlar yollarda,
Ölür qadınlar, uşaqlar, körpələr
Bu necə dünyadır,
Nədir bu mənasız gözləmələr?!

Sığnacaqlar buz kimi, duman hər yeri bürüyüb,
Mühasirədə şəhərlər, bombalar evlərdə partlayır,

Sülhün tərəfindəyəm,
Ürəyim Dneprdə, Xarkovda, Kiyevdə,
Utanmadıq!
Xirosimada, Xocalıda, Hələbcədə.

Üsyan edək gəlin, insan olanlar, üsyan,
Sülhə görə, bəşəriyyət naminə,
Törədilən bəşəri cinayətlərə görə…

aprel 2022