Ev Publisistika Türkiyədə yeni əlifba

Türkiyədə yeni əlifba

151

Türkiyədə 1 noyabr 1928-ci il tarixində 1353 saylı “Yeni Türk hərflərinin qəbul və tətbiqi haqqında Qanun”un qəbul edilməsi ilə həmin günə qədər istifadə olunan ərəb hərflərinə əsaslanan Osmanlı əlifbası formalaşmadı və latın hərflərinə əsaslanan Türk əlifbası qüvvəyə mindi.

Dilimizvarlığımız.az Əsəd bəy – Qurban Səidin alman ədəbiyyat qəzetində bu barədə dərc olunan məqaləsini təqdim edir.

****

Ankaradan xəbər gəldi ki, Türkiyə höküməti Rusiya türkləri kimi ərəb hərflərindən latın əlifbasına keçməyi qərara alıb. Bu qərar Türkiyənin avropalaşmasında yeni bir addım olacaq.

Schriftverandering. Verplichte overgang van het oud-Turkse schrift naar het latijnse schrift. Mensen bekijken op sctraat de posters die op een boom hangen om de letters te leren. Turkije, 1930

Türk yazısı üç tarıxı mərhələdən keçib: orxon, uyğur və ərəb. Bu üç əlifbadan Türk dilinə bir az uyğun gələni orxondur. Digər yazılarda, xüsusilə ərəb hərflərində ”şərti” işarələrdən istifadə olunmalı idi. Türkcədə bu hərflərlə səlis oxumaq üçün türk dilini çox gözəl bilmək vacibdir, çünki türkcənin öyrənilməsində oxu yazıdan öndə gəlir. Yeni latın əlifbası həm türklərə, həm də əcnəbilərə bu dili öyrənməyi asanlaşdıracaq.

Başqa bir tərəfdən qeyd etmək lazımdır ki, yeni orfoqrafiyanın tətbiqi özünü türkcədə olan bəzi dialektlərin fərqliliyində əks etdirəcək; həmçinin ərəb əlifbasında olan qədim türk ədəbiyyatı nümünələrinin unudulmasına gətirib çıxaracaq, eyniylə uyğurlardakı “Kudatku Bilik” kimi. Ən təəssüfedici hal isə odur ki, ərəb əlifbasından imtina ilə türklərin cox əhəmiyyət verdiyi dekorativ yazı sənəti, gözəl yazı da itəcək.

Ancaq çox yaxşı olardı ki, (bir zamanlar İspaniya və Rusiya akademiyalarındakı kimi) onlar Türkiyə Akademiyasının daha əvvəlki planına, yəni əski əlifbanın birdəfəlik ləğv etmək yox, əsaslı reformasiyaya, uyğun qərar verərdilər.

Essad –Bey

“Die literarische Welt” qəzeti, Berlin, 2/ 1926-cı il N-36. S.2(1/4) səh.266

Almancadan tərcümə etdi:

Talehə Əliyeva

Bakı. 27 iyul 2024-cü il