Ev İctimai Dünya Gənc Türk Yazarlar Birliyi və Başqırdıstan Yazıçılar Birliyi arasında əməkdaşlıq müqaviləsi...

Dünya Gənc Türk Yazarlar Birliyi və Başqırdıstan Yazıçılar Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

129

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən 9-cu Beynəlxalq Bakı Kitab sərgisi çərçivəsində Başqırdıstan Yazıçılar Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni Başqırdıstan Yazıçılar Birliyinin sədri Aygiz Baymuhammedov və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar imzalayıblar.
İmzalanma mərasimində iştirak edən “Başqırdıstan Respublikasının Mədəniyyət Proqramları Direktorluğu” Muxtar Qeyri-Kommersiya Təşkilatının direktoru, Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi Gülnarə Yurina vurğulayıb ki, bu müqavilə 2024-cü ildə Azərbaycan yazıçılarının “Kitap Bayram” kitab sərgisində iştirak edərək öz əsərlərini təqdim edəcəkləri deməkdir.