Ev İctimai Nevşəhərli şairə Qənirə Paşayevanın məzarına Türkiyədən torpaq gətirib

Nevşəhərli şairə Qənirə Paşayevanın məzarına Türkiyədən torpaq gətirib

75

Nevşəhərli şairə Aişə Paslanmaz, Azərbaycanın mərhum millət vəkili Qanirə Paşayevanın məzarına Türkiyədən topraq gətirib.

Mədəniyyət və Turizm Nazirliyinin sənətçisi, xalq şairi Aişə Paslanmaz sentyabrın 28-də dünyasını dəyişən Qənirə Paşayeva üçün təşkil edilən anım proqramında iştirak etmək üçün paytaxt Bakıya gəlib.

Paslanmaz Fəxri xiyabanda keçirilən anım proqramında özü ilə gətirdiyi türk bayrağı və torpağı Qənirə Paşayevanın məzarına qoyub.

Qənirə xanımı rəhmətlə yad edən A.Paslanmaz müsahibəsində “Ölümünün 40-cı günündə məzarı başında onun dostları olaraq bir araya gəldik. Qənirə Paşeyeva Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı və dostluğu simvolizə edir. O, Türkiyəni çox sevirdi. Ona görə mən onun məzarına Türkiyənin torpağını gətirdim” – deyə məlumat verib.