Ev İctimai Xalq şairi Sabir Rüstəmxanlı ilə gənclərin görüşü keçirilib

Xalq şairi Sabir Rüstəmxanlı ilə gənclərin görüşü keçirilib

126

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı ilə gənclər təşkilatlarının “Ədəbiyyatımızın təbliğində gənclərin rolu” mövzusunda görüş baş tutub. ARGTMŞ-nın baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə baş tutan görüşdə ARGTMŞ-nın sədri Azər Əliyev, DGTYB-nin başqanı İntiqam Yaşar çıxışlarında görüşün əhəmiyyətini vurğulayaraq, bu cür görüşlərin davamlı təşkil olunacağını qeyd ediblər.
Görüş “Libraff” kitab mağazaları şəbəkəsinin “Elmlər” filialında olub.
Görüşdə şair Azərbaycan ədəbiyyatı, onun bu günkü vəziyyəti və təbliğində gənclərin rolu, mütaliə mədəniyyəti, gənclərin bədii ədəbiyyata marağının artırılması ilə bağlı qənaətlərini iştirakçılarla bölüşüb.
Xalq şairi şeirlərini səsləndirib, gənclərin suallarını cavablandırıb. Sonda gənclərə imzalı kitablarını hədiyyə edib.