Ev Xəbərlər “Fon Qarabağ” Qadınlar İctimai Birliyi fəaliyyətə başlayıb

“Fon Qarabağ” Qadınlar İctimai Birliyi fəaliyyətə başlayıb

1410

Qarabağın adı keçən bütün cəbhələrdə Azərbaycan qadınının gücünü, iradəsini, əzmini, bilik və bacarığını otraya qoymaq məqsədilə “Fon Qarabağ” Qadınlar İctimai Birliyi fəaliyyətə başlayıb.

Birliyin təsisçisi jurnalist, şair Feyziyyə Soltanmuraddır.

Birliyin hədəfi I və ll Qarabağ savaşları dönəmində şəhid və qazi ailərinə ictimai və sosial həyatın bütün sahələrində dəstək olmaq, işğaldan azad olunmuş torpaqlarda mədəni və sosial infrastrukturun bərpasına töhfə verməkdir.

Birlik ürəyi Azərbaycanla döyünən bütün qadınları Qarabağ naminə bilik və bacarıqlarını səfərbər edərək “Fon Qarabağ” ətrafında birləşməyə çağırıb.