Ev Xəbərlər “Acı məğlubiyyət lazımıydı ki, onlar bunu başa düşsünlər”-Prezident

“Acı məğlubiyyət lazımıydı ki, onlar bunu başa düşsünlər”-Prezident

212

“Ermənistanın Baş naziri, rəsmi şəxslərinin yeni iddialarla çıxışları ATƏT MQ həmsədrlərini də çıxılmaz vəziyyətə saldı, onlar nə edəcəyini bilmirdilər, lakin yenə də sükut saxladılar”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı zamanı forum iştirakçılarına çatdırıb.

 

Ölkə başçısı çıxışı zamanı müharibəyə qədər Azərbaycanın mövqeyini və erməni tərəfinin illər uzunu apardığı işğalçılıq siyasətindən dönmədiyini bir daha bildirib. Konkret faktlarla göstərib ki, Ermənistan rəhbərliyi sülh danışıqlarında mövqesizlik nümayiş etdirib:

“Ermənistan rəhbərliyinin qarşısında dəfələrlə şərt qoyuldu ki, işğal edilmiş ərazilərdən qoşunların çıxarılması ilə bağlı cədvəl versin, lakin 44 günlük müharibə, 7 min əsgərin ölümü və acı məğlubiyyət lazımıydı ki, onlar bunu başa düşsünlər”.

 

İntiqam Yaşar

Dünya Gənc TÜrk Yazarlar Birliyinin başqanı