Ev Xəbərlər ADPU-nun Şəki filialında Cavanşir Feyziyevin V cildlik “Türk dünyası” kitablarının təqdimatı keçirilib

ADPU-nun Şəki filialında Cavanşir Feyziyevin V cildlik “Türk dünyası” kitablarının təqdimatı keçirilib

74

ADPU-nun Şəki filialında millət vəkili Cavanşir Feyziyevin 5 cilddən ibarət “Türk dünyası” kitablarının təqdimatı və müzakirəsi keçirilib.

Dilimizvarligimiz.az xəbər verir ki, tədbiri giriş sözü ilə Universitetin Şəki filialının direktoru, riyaziyyat elmləri doktoru, dosent Rafiq Rəsulov açıb.

Daha sonra “Təbiət fənləri və onların tədrisi texnalogiyası” kafedrasının müdiri, professor Firədun İbrahimov müəllifin elmi yaradıcılığı haqqında məlumat verərək bildirib ki, C. Feyziyev 8 kitabın, 70-dən çox elmi məqalənin müəllifidir və dövrü mətbuatda ictimai- siyasi mövzularda yazdığı 200-ə yaxın məqalə ilə çıxış edib.

Universitetin Şəki Filialının tədris işləri üzrə direktor müavini , dosent Gülarə Abdullayeva Cavanşir Feyziyevin 5-cildliyə daxil olan “Türk sivilyasiyasının təməl dəyərləri” adlı birinci kitabı haqqında geniş məlumat verərək tələbələri bu kitabda şərh edilmiş yeni biliklərə yiyələnməyə çağırıb.

Tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadova “Türk dünyası” toplusunun 2-ci cildi – “Türk xalqları” kitabı haqqında çıxış edərək təqdim olunan kitabda bütün Avrasiya boyunca yaşayan çoxsaylı türk xalqlarının etnoqrafik təsnifatına yer verildiyini bildirib. Tarixçi alim Zərinə Cavadova qeyd edib ki, dünyanın harasında yaşamağından asılı olmayaraq bütün türk xalqlarının ortaq tarixə və mədəniyyətə malik olması onların sivilzasiya bütövlüyünü təmin edir və bu bütövlük əsasında müasir müstəqil türk dövlətləri öz gələcəyini qururlar.

Humanitar Fənlər Kafedrasının baş müəllimi Həbibulla Manaflı “Türk dövlətçiliyi tarixi” adlı 3-cü kitab haqqında məruzə ilə çıxış edib. Öz çıxışında türk dövlətçiliyinin qədim ənənlərindən danışan natiq bildirdi ki, Cavanşir Feyziyevin kitabında türk dövlətçiliyinin ən qədim atributlarından başlamış tarixin müxtəlif dövrlərində türk imperiyalarının təşəkkülünə və müasir dövrümüzdə isə 6 müstəqil türk dövlətinin çağdaş dövlətçilik mədəniyyətinə qədər keçdiyi bütün inkişaf yolu öz əksini tapıb. Həbibulla Manaflı tariximizin doğru-düzgün öyrənilməsində bu kitabda yer almış məlumatların böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Humanitar Fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov “Türk dünyası” toplusunun 4-cü kitabı olan “Türkşünaslıq” kitabı haqqında məlumat verərək bildirib ki, bu kitabda türk tarixinin , mədəniyyətinin, siyasətinin öyrənilməsi sahəsində aparılmış və hazırda da aparılan tədqiqat işləri və tədqiqatçılar haqqında geniş məlumat yer alır. V. Baxışov qeyd edib ki, ümümtürk tarixinin bir sıra Avropa tədqiqatçıları tərəfindən qərəzli şəkildə təhrif olunması faktları və əsrlər boyu mövcud olan türk sivizasiyasının inkar olunmasına cəhdlər C.Feyziyevin “Türkşunaslıq” kitabında qətiyyətlə tənqid olunur.
Tarixçi alim Vüsal Baxışov Cavanşir Feyziyevin “Türk Dünyası” 5 cildlik əsərlərinin dünya türklüyünün tarixi həqiqətlərini öyrənmək üçün ən etibarlı mənbə olduğunu bildirib.

Humanitar Fənlər Kafedrasının baş müəllimi , tanınmış təqdiqatçı alim, şair Vaqif Aslan “Türk Dünyası” toplusunun 5-ci cildi olan ” Türk dünyasının tarixi şəxsiyyətləri” kitabı haqqında məlumat verərək bildirib ki, türk xalqı bütün dövrlərdə dünya çapında baş verən hadisələrin fəal iştirakçısı olan, bir sıra hallarda isə bu hadisələrə istiqamət verən cahanşümül şəxsiyyətlər yetişdirib. Görkəmli şair qeyd edib ki, tarixi şəxsiyyətlərimizin keçmişimizdə və bu günümüzdə oynadığı həlledici rolun öyrənilməsi və gənc nəslə öyrədilməsi gələcəyimizin daha etibarlı qurulması üçün vacib şərtlərdəndir. Vaqif Aslan müəllif Cavanşir Feyziyevin bu istiqamətdə apardığı tədqiqatları və ərsəyə gətirdiyi 5-cilddən ibarət “Türk Dünyası” toplusunu bütün türk xalqları üçün faydalı elmi mənbə kimi dəyərləndirib.

Cavanşir Feyziyevin “Türk Dünyası” kitablarının təqdimatı və müzakirəsi tədbir iştirakçıları və müəllif arasında sual-cavab sessiyası ilə başa çatıb.
ADPU-nun Şəki filialında Cavanşir Feyziyevin V cildlik "Türk dünyası" kitablarının təqdimatı keçirilib - FOTO
ADPU-nun Şəki filialında Cavanşir Feyziyevin V cildlik "Türk dünyası" kitablarının təqdimatı keçirilib - FOTO
ADPU-nun Şəki filialında Cavanşir Feyziyevin V cildlik "Türk dünyası" kitablarının təqdimatı keçirilib - FOTO
ADPU-nun Şəki filialında Cavanşir Feyziyevin V cildlik "Türk dünyası" kitablarının təqdimatı keçirilib - FOTO