Ev Xəbərlər DGTYB başqanı Türkiyədə Beynəlxalq Şeir Günlərində iştirak edir

DGTYB başqanı Türkiyədə Beynəlxalq Şeir Günlərində iştirak edir

504

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar qardaş Türkiyədə təşkil olunan Beynəlxalq Şeir Günlərində iştirak edir.

23 ildir təşkil olunan şeir günləri 23-25 sentyabr tarixlərində qardaş ölkənin Balıkesir şəhərində baş tutur.

Azərbaycandan DGTYB başqanı İntiqam Yaşarın dəvət aldığı beynəlxalq tədbirə bir neçə ölkədən şairlər dəvət olunub.

Belə ki, tədbirdə Güney Afrikadan Şabbir Banoibhai, Moldovadan (Qaqauz Yerindən) Tudor Zanet, Bolqarıstandan Əziz Şakir, Quzey Makedonyadan Esra Matyan, İraqdan Mehmet Ömər Qazançı və Türkiyənin müxtəlif şəhərlərindən fərqli ədəbi nəsillərə mənsub şairlər iştirak edir.

Uzun illərə söykənən ənənəvi şeir günlərinin təşkilatçıları Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Balıkəsir idarəsi, Balıkəsir Valiliyi, Təhsil Nazirliyinin Balıkəsir idarəsi, Balıkəsir Üniversiteti, Balıkəsir Mərkəzi Kitabxanası və b. qurumlardır.

Şeir Günləri rəngarəng proqramlarla 3 gün davam edəcək.