Ev Xəbərlər Dünya Gənc Türk Yazarlar Birliyindən qondarma “erməni soyqırımı” ilə bağlı BƏYANAT

Dünya Gənc Türk Yazarlar Birliyindən qondarma “erməni soyqırımı” ilə bağlı BƏYANAT

1350

Dünya Gənc Türk Yazarlar Birliyinin Türk ölkə və topluluqlarından olan üzvləri ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb. Bu barədə təşkilatın başqanı şair İntiqam Yaşar məlumat verib.

Bəyanatı təqdim edirik:

“Tarixin bütün dönəmlərində dövlət siyasətinin əsasını terror, dinc əhaliya qarşı müharibə cinayətləri, soyqrımı aktları təşkil edən Ermənistan hər zaman təxribatlarla məşğul olub.  Uzun illər ərzində fitnəkar Ermənistan və onlara havadarlıq edənlər Osmanlı dövlətində ermənilərə qarşı hansısa “soyqrımı” aktının həyata keçirildiyini sübut etməyə, tarixdə olmayan bir şeyi isbat edərək saxta tarix yaratmağa cəhd göstərib. Tarixi həqiqət isə ondan ibrarətdir ki, XX əsrin əvvəllərində dünya müharibəsinin, aclıq-səfalətin tüğyan etdiyi səbəblərdən Osmanlı dövləti ərazisində yaşayan bütün xalqlar tələfat verib. Bu dönəmin ən çox insan itkisini elə türklər verib.  Bu fakt isə müəyyən qüvvələrə sərf etmədiyindən həmişə sıradışı edilir. Kimsə bu məsələni müzakirə mövzusu belə hesab etmir. Bu isə tarixi faktları görməzdən gəlməkdən başqa bir şey deyildir.

Türkiyə dövlət səviyyəsində dəfələrlə tarixi arxivlərin açılmasına razı olduğunu bildirsə də, dünyada fitnə axtarışında maraqlı olan qüvvələrə bu sərf etməyib. Tarixi arxivlərin açılması məsələsi istiqamətində qətiyyətli addım atılmayıb. Bu isə özlüyündə onu deyir ki, məqsəd tarixi gerçəkliklər yox, Türkiyəyə qarşı çirkin kampaniyaların aparılmasıdır.
Tarixdə soyqırımı faktı axtarışında olanlar saxta tarix uydurmaçılığının bir parçası olmaqdansa, 1918-ci ildə Azərbaycan türklərinə qarşı törədilmiş 31 mart soyqrımına, 1992-ci ildə Azərbaycanın tarixi şəhəri Xocalıda törədilmiş Xocalı soyqrımına diqqət etsinlər, ədalətli yanaşma sərgiləsinlər.

Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndələri  hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və məkrli siyasətin nümunəsi olan ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Tarixi faktlara söykənməyən, məqsədi Türkiyəyə qarşı qara kampaniya olan bu kimi addımlar bütün dünyada sülhə, dəyərlərə, tarixi ədalətə təhdiddir.

 

İntiqam Yaşar -Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı (Azərbaycan)

Çalğın Məhəmməd -şair-araşdırmaçı (Təbriz şəhəri)

Mehrinaz Abbasova-şairə (Özbəkistan Respublikası)

Əfsanə Ələsgərli -yazar-jurnalist (Azərbaycan Respublikası)

Rahmat Babacan -şair-tərcüməçi (Özbəkistan Respublikası)

Cavid Qədir – yazar, jurnalist ( Azərbaycan Respublikası)

Ayqız Baymuhammed-yazıçı, (Başqırdıstan)

Erkinbek Serikbay-araşdırmaçı-yazar ( Qazaxıstan Respublikası)

Taleh Mansur-şair-publisist (Azərbaycan Respublikası)

Dərya Akdəmir – yazar, (Türkiyə Respublikası)

Anar Adil -şair, (Azərbaycan Respublikası)

Nurgali Yusifbay -yazar, (Qazaxıstan Respublikası)

Ümid Nəccari –şair, (Təbriz şəhəri)

Elmin Nuri –yazıçı-jurnalist (Azərbaycan Respublikası)

Özgür Bacaqsız – yazar, (Türkiyə Respublikası)

Həsən Ümidoğlu –şair, (Təbriz şəhəri)

Tural Adışirin -şair, (Azərbaycan Respublikası)

Ulucay Akif -şair-jurnalist,  (Azərbaycan Respublikası)

Şükür Əli -şair, (Azərbaycan Respublikası)

Kaliça Yaqubova – şair, (Qırğız Respublikası)

Cəmil Cəmilbəyli –şair, (Azərbaycan Respublikası)