Ev Xəbərlər Kənan Hacı baş redaktor oldu

Kənan Hacı baş redaktor oldu

1168

Kənan Hacı “Mücrü” nəşriyyatının yeni ədəbiyyat dərgisinin – “Mücrü” prozanın baş redaktoru təyin edilib.

Bu barədə nəşriyyatın təsisçisi Müşfiq XAN yeni dərgi haqqında danışarkən bildirib.

İlk sayı bu ilin noyabrında işıq üzü görəcək jurnal 2 aydan bir yayımlanacaq.

Azərbaycan və dünya ədəbiyyatından proza nümunələri ilə oxucularının görüşünə gələcək jurnalın sonrakı saylarında “Poeziya” rubrikasının da açılacağı planlaşdırılır.

Qeyd edək ki, jurnalda dərc olunmaq istəyən yazıçılar əsərlərini sentyabrın 21-dən oktyabrın 21-nə kimi baş redaktorun email ünvanına – kenanhaci75@gmail.com göndərməlidir.