Ev Xəbərlər Rəsmiyyə Sabirin yeni şeirlər kitabı işıq üzü gördü

Rəsmiyyə Sabirin yeni şeirlər kitabı işıq üzü gördü

1253

Şair Rəsmiyyə Sabirin “Zindan sevinci” adlı şeirlər kitabı işıq üzü görüb.

Kitab şairin 2020-ci ildə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görülməsi münasibətilə “VEKTOR” BEA tərəfindən nəşr edilib.

Nəşrin redaktoru tanınmış yazar, professor Elçin İsgəndərzadədir.

Kitab “İnsanlığın himni”, “Vətən! – dedim”, “Səssiz…Sözsüz”, “Qələmin gözündən indi yaş gəlir”, “Sənə elə küskünəm ki, Həyat!…”, “Həyatın dibindən” bölmələrindən ibarətdir, Vətən, ana, dünya, sevgi mövzusunda şeirlər yer alıb.

ZİNDAN SEVİNCİ

İnsan azad olmaq üçün
gəlir dünyaya.
Çiynində günah daşıyır.
Hərdən “ah” çəkib
nəfəsini azad edir.
Qəlbinin dərinliyində
ölmüş səslərə can verir.
Zindan sevinci yaşayır İNSAN…