Yanvarın 1-i səhər saatlarında Güney Azərbaycanlı gənc sənətkar, musiqiçi Tohid Novruzi vəfat edib. O, ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyasın tələbəsi olan Tohid Novruzi bir çox milli ruhlu mahnıların bəstəkarı və ifaçısı idi.
Mərhum Təbriz şəhərinin “Vadi rəhmət” qəbristanlığında incəsənət xadimləri bölməsində dəfn olunub.