Ev Xəbərlər “Zəngəzur Azərbaycanın qədim torpağıdır” kitabı təqdim olunacaq

“Zəngəzur Azərbaycanın qədim torpağıdır” kitabı təqdim olunacaq

225

“Zəngəzur Azərbaycanın Qədim Torpağıdır” adlı kitab müasir Azarbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə ithaf olunub.

Dilimizvarlığımız.az xəbər verir ki, kitab Almaniyada Verlag “STELLA” Deutschland nəşriyyatında, beynəlxalq qriflə İngilis dilində çap olunub.

Ulu Öndər Heydər Əliyev ziyalılara xitabən demişdir ki, “Bundan sonra elə kitablar yaranmalıdır ki, o kitablar Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq.”

Bu tələbin yerinə yetirilməsini mənəvi borc hesab edərək vətənimizin və dövlətimizin qarşısında ziyalı borcunu zərrə də olsa yerinə yetirmək üçün bu kitabı hazırlayıb, Azərbaycan gəncliyinə, eyni zamanda dünya gəncliyinə təqdim edirik.

Müxtəlif sahələrdə fəaliyyət göstərən alim, hakim, yazar, həkim olan ziyalılarımızın, Zəngəzur haqqında xatirələri, fikirləri, elmi faktlarla, poetik düşüncələrlə, müxtəlif janr və məzmunlu yaradıcılıq nümunələri ilə qələmə alınmış, İngilis dilinə tərcümə olunaraq nəşr olunmuşdur.

Təqdimat 01.12.2023 tarixində LIBRAFF kitab mərkəzinin Park Akademiya filialında təşkil olunacaq.

Bu barədə saytımıza layihə rəhbəri, yazar, Dos.Dr. Ruhəngiz Əliyeva məlumat verib.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu,
Hüseyn Cavid prospekti, 100.