Ev Bədii Anam, mən şəhid oldum.. – ŞEİR

Anam, mən şəhid oldum.. – ŞEİR

3455

Anam, mən şəhid oldum…

Şəhidlik necə olur –

Mən ona şahid oldum.

Yurduma qurban oldum

Şirin canımla, anam.

Suvardım torpağımı

Qızıl qanımla, anam.

Şahanə dur, şax dayan,

Sil gözünü, ağlama

Oddan paltar gey, anam.

Məğrur dur, yas saxlama,

Anam, xeyir-dua ver.

Qisasımız alınsın,

Yurdun hər addımında

Zəfər marşı çalınsın.

Sancılsın bayrağımız

qanımız axan yerə,

Toqquşduqca mərmilər

şimşəklər çaxan yerə.

Onda qanım tökülən

Torpağa qoyaraq baş

Ağlarsan hönkür-hönkür,

Sızlarsan yavaş yavaş.

Alındıqca halallıq

torpağın daşlarından

Anam, göyərəcəyəm

Sənin göz yaşlarından.

Vaqif ASLAN