Ev İctimai İntiqam Yaşar Özbəkistanın Gənclər və İdman nazirinin müavini Alişer Sadullayev ilə görüşüb

İntiqam Yaşar Özbəkistanın Gənclər və İdman nazirinin müavini Alişer Sadullayev ilə görüşüb

464

Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar Özbəkistanın Gənclər və İdman nazirinin müavini Alişer Sadullayev ilə görüşüb

Dilimizvarlığımız.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasından Şuşaya -Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində baş tutan tədbirlərdə iştirak etmək üçün Özbəkistan Respublikasında səfərdə olan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair, Prezident təqaüdçüsü İntiqam Yaşar Özbəkistan Respublikasının Gənclər və İdman nazirinin müavini, Gənclər İşləri Agentliyinin rəhbəri Alişer Sadullayev ilə görüşüb. Görüşdə Özbəkistan -Azərbaycan ədəbi-mədəni əlaqələri, yaradıcı gənclər arasında əməkdaşlıq, həyata keçirilməli olan ortaq layihələr haqqında fikir mübadiləsi aparılıb.