Ev Xəbərlər İntiqam Yaşar Türkiyədə təşkil olunan Beynəlxalq Şeir axşamlarında Azərbaycanı təmsil edir

İntiqam Yaşar Türkiyədə təşkil olunan Beynəlxalq Şeir axşamlarında Azərbaycanı təmsil edir

73

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Türkiyədə təşkil olunan Beynəlxalq Sapanca Şeir axşamlarında Azərbaycanı təmsil edir.  

dilimizvarligimiz.az xəbər verir ki,  adı çəkilən tədbir 20 illik tarixə malik olmaqla Türkiyənin ən önəmli ədəbiyyat tədbirlərindən hesab olunur.  Bu il təşkil olunan tədbirlər çərçivəsində şairlərin şeir gecələrində çıxışları vəTürkiyənin müxtəlif təhsil ocaqlarında görüşləri baş tutacaq.

Qeyd edək ki, Beynəlxalq Sapanca Şeir axşamlarının açılış törəni bu gün 20 oktyabr Türkiyə vaxtı ilə saat 19:00-da Adapazarı Kültür Mərkəzindəreallaşacaq. Tədbir Sakarya Böyük şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilir.