Ev Bədii Xarıbülbül ətrini gizlədib üşüdü Odlar Yurdu – ŞEİRLƏR

Xarıbülbül ətrini gizlədib üşüdü Odlar Yurdu – ŞEİRLƏR

1515

Xarıbülbül

Pisliklər boy atıb böyüyür, keçdiyim yerlər ölü
Tərimizdə panika qoxusu
eyni göyün altındayıq amma
mənimki həddindən artıq buludlu
içimdə keçmişdən bir fırtına qalığı, şaxta elə bil mənəm
yaralarım qaysağını qoparır

Gecə uzun, gecə lal
ah qara, qaranlıq oktyabr
dünyanın dili qarnında, torpaq küsüb
Xarıbülbül ətrini gizlədib
üşüdü Odlar Yurdu

Üzümüz dünyaya çökən qaranlıq
Xatirələr ürkək, ah bir cəmləsəm!
uzaqlarda bir çay var köpüyü gündüzü boyayar
axışı uşaq coşğunluğu
döş qəfəsimdə Xəzər
mavi bir nəzər kimi çalxalanır.
2020

Sərhəd ARAZın sol tərəfində

Budur, qan sərsəri və qaranlıq
torpaq ölü
ancaq bir xalqın kökləri hələ də diri

Yay günündə çayın o biri tayı
Görüşər atla suyun ümidi

Yol uzun sünbülündən su damlayan
Göyərçinlər iki dodaq arasında

Anamınn ətrinı gizlətsin
Nəfəsi açılan zaman.
2012

Sözlərim yeni ağı forması

qara buludlar əyilib nəm dolur canıma
uzanır gözlərimdə ucsuz bucaqsız çöllər
yazımız qış masasında
bir üsyanım, bir də mən, dünya başımda fırlanır.

Çəkdilər köksümüzə qarabuğdayı körpəliyimizi.

Bunlar, torpak sənədlərində rəngli güldür
anam ölüb, sözlərim yeni ağı forması
bacım yırtığqları yamayır
güllələnmiş bir əraziyəm öz içimdə
hər şey qürbət.

Ağlımda fırlanır ancaq yəmən türküsü.
2021

Qan qərənfil

Atam deyərdi həmişə: əksik olduğum yerdə qalıb kəsiyim
Qara çələng qoyurlar günahların ortasına.

Tarix yazır, köksümdə ehtiras
uzundur yasım,
sabahı ölü qardaşım.

Od düşən yerdə son nəfəslər büzüşür

Dağlar çəkilir arxasından
Süngülənən qərənfillər tökülür torpağa
Ah! Budaqları döyəcləyər ürəyim.

Xocalıda bir qara qış var günah dolu boxçada

Ağrayan yerlərim indi, heçlik içində Qara/bağlar.
2012

Uyğunlaşdırma: Oktay Hacımusalı

Fatma Aras1954-cü ildə İqdırın Aralıq rayonunun Yuxarı Aratan kəndində anadan olub. Bir müddət Almaniyada yaşayıb. İş həyatına Vanda başlayıb (Mədən Axtarışı İdarəsində) və İzmir rayonunda kimya texnoloq vəzifəsindən təqaüdə çıxıb.
Heca vəzni ilə yazdığı şeirlər Dr. Fatma Ahsen Turanın hazırladığı “Sazın ve sözün sultanları” kitabında dərc olunub.
Bir müddət Canaz İnternet televiziyasında “Şeir saatı” verilişini hazırlayıb və aparıb.
Şeirləri Almaniyada yaşayan Bəkir Karadeniz və Orhan Bahçivan tərəfindən hazırlanan Şərqli şairlər kitabına da daxil edilib. Bəzi şeirlərinə musiqilər bəstələnib.
Şeirləri dəfələrlə İngiltərədə yayımlanan skyhaber.uk və grevat-tv.uk kanallarında səslənidirilib.
İlk şeiri 1975-ci ildə Hürriyet qəzetinin Avropa buraxılışında dərc olunub. MESAM – ın üzvüdür.
Şeirləri İspaniya və Almaniyada qəzet və jurnallarda dərc edilib.
Yazıları və şeirləri ilə dövrü yerli və xarici mətbuatda müntəzəm olaraq çıxış edir.
İndiyə kimi 8 kitabı nəşr olunub. 9 – cu kitabı “Olduğu kimi”bu ay “Temren” nəşriyyatında işıq üzü görüb.
Əslən Azərbaycandan olan şairə Azərbaycanla bağlı şeirlər və silsilə yazılar qələmə alıb.