Ev Xəbərlər TÜRKSOY Şairlər Şöləni keçiriləcək

TÜRKSOY Şairlər Şöləni keçiriləcək

1230

Böyük türk şairi Yunus Əmrənin vəfatının 700 iliyinə həsr edilmiş Şairlər Şöləni keçiriləcək.

TÜRKSOYun təşkilatçılığı, TİKA və Özbəkistanın Xarəzm vilayəti İcra Hakimiyyətinin dəstəyi ilə düzənlənən şölən 12-15 oktyabr aralığında Özbəkistanın Xivə şəhərində baş tutacaq.

Tədbirə Özbəkistanla yanaşı, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və  bir sıra türk topluluqlarının şairləri, ədəbiyyatşünasları qatılacaq.

Sözügedən şöləndə  Azərbaycanı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı və Dünya Gənc Türk Yazarlar Birliyinin başqan yardımçısı, “Ulduz” ədəbiyyat dərgisinin şöbə redaktoru, şair Taleh Mansur təmsil edəcək.